Kitabxana Haqqında
Azəbaycanın ən zəngin elmi kitabxanalarından olan Odlar Yurdu Universitetinin kitabxanasının əsası 1995-cı ildə qoyulmuşdur. Kitabxana 300 nəfərlik oxu zalından və geniş fonddan ibarətdir. Kitabxana öz fondunu daim genişləndirdiyindən Universitetin bütün tədris bölmələri müvafiq ədəbiyyatlarla təchiz edilir və oxucularını istənilən elm sahəsində kitablarla təmin edir. Yerli nəşriyyat və kitab satışı üzrə ixtisaslaşan təşkilatlarla əlaqə sayəsində kitabxana Azərbaycan dilində nəşr olunan ədəbiyyatlarla təmin olunur. Xarici ədəbiyyatları isə kitabxana beynəlxalq kitab müqaviləsi nəticəsində əldə edir. Odlar Yurdu Universiteti ABŞ, MDB, Türkiyə, Şimali Kipr ,Türk Cümhüriyyəti və s. ölkələrin universitetləri ilə elmi əlaqədədir. Bundan əlavə, müxtəlif təşkilatlar və fərdi şəxslərin bağışladıqları kitablar da orada saxlanılır. Bununla yanaşı oxu zalında Universitetin professor-müəllim heyətinin müəllifi olduğu kitablar, dərsliklər, dərs vəsaitləri, məqalələr və s. toplanıb oxucuların istifadəsinə verilmişdir.
Bundan başqa, kitabxana il ərzində abunə yolu ilə dövrü mətbuatla təmin olunur. Xalq, Yeni Azərbaycan, İqtisadiyyat, Azərbaycan müəllimi qəzetləri; İqtisadi islahatlar, Vergilər, Ailə həkimi, Müdrükliyin zirvəsi, Statistika xəbərləri, Dövlət və din, Qanun, UNEC Ekspert, İpək yolu, Xəzər Xəbər, Əsrin adamı, Ekspert, Biznes, Consulting business,Türk iqtisadi icmalı, Baku jurnalları müntəzəm olaraq oxu zalına daxil olur və oxucuların istifadəsinə verilir. Bununla yanaşı fondumuz elmi jurnallarla zəngindir: Odlar Yurdu Universitetinin Elmi pedaqoji jurnalı, Riyaziyyat və mexanika institutunun əsərləri, AMEA-nın xəbərləri, AMEA-nın məruzələri, ingilis dilində xaricdən gələn elmi jurnallar ,The Annals of Probability, Notices, İntelligent Automation and Soft Computing, Mathematics and statistics oxu zalının oxucularının sayını daha da artırır.
Universitetimizin Tələbə gənclər təşkilatı və Tələbə elmi cəmiyyəti oxu zalında tələbələrlə mütəmadə olaraq elmi konfranslar keçirir. Kitabxanamızın oxu zalında rektorumuzun təşəbbüsü ilə divarlarda rəflər yığılmış və bu rəflərə bölmələr üzrə kitablar açıq şəkildə yerləşdirilmişdir. Bu çoxlu sayda oxucularımızın marağını cəlb etmiş və çox bəyənilmişdir. Oxucularımız sərbəst halda bütün kitabları görür və istədiy kitabdan yararlanır. Hər bir oxucu elektron kitabxanadan istifadə edir. Bu da oxucuların sərbəst surətdə informasiya almaq hüquqlarını təmin edir, onların kitablara, dövri nəşrlərə və kitabxana fondunu təşkil edən digər sənədlərə olan tələbatlarını tam surətdə ödəyir. Il ərzində tələbələrin sorğusunu nəzərə alaraq, bütün kafedralardan ixtisaslar üzrə mühazirələri elektron və çap şəklində kitabxananın müvafiq şöbəsində və elektron kataloqa yerləşdirilib. Bundan başqa bütün ixtisas kafedralarina və uyğun struktur bölmələrə lazım olan ədəbiyyatın alınması haqqında məlumat verilir və kitabxana həmin kitablarla təmin olunur. Müntəzəm olaraq kitabxanaya bədii kitablar, dərsliklər və dərs vəsaiti daxil olur. Kitablar kitabxana qaydasına uyğun olaraq inventara salınır və elektron kataloqa əlavə edilir.
Elektron kitabxana portalı informasiyalaşmış cəmiyyətin baza prinsiplərinə; iformasiyanın əmtəəyə çevrilməsi ,informasiya bazarının formalaşması, cəmiyyət üzvlərinin peşə və təhsil hazırlığının yüksəlməsinə, qlobal informasiya mühitinin yaranmasına xidmət edir. Ənənəvi kitabxanalarda informasiya xidməti yalnız kitabxananın iş saatında və məhdud sayda oxuculara göstərildiyi halda,elektron kitabxana sutkanın 24 saatı müddətində fəaliyyət göstərir və dünyanın istənilən nöqtəsində yerləşən qeyri-məhdud sayda oxuculara eyni zamanda xidmət edir. Elektron kitabxana portalı nəinki oxucuları elmi informasiya ilə təmin edir, həm də onlara milli ideologiya əsasında informasiya dəstəyi göstərir. Elektron kitabxananın əsas səhifəsində Ulu öndər Heydər Əliyev irsi rubrikasında Heydər Əliyev haqqında yazılmış kitablar, Heydər Əliyevin kəlamlarından ibarət kitablar, Heydər Əliyev və Azərbaycan tarixi və s. kitablar yerləşir. Universitet əməkdaşlarının kitablarıda əsas səhifədə yerləşir. Ə.Vəliyevin “Bəsirət ünvanı”, S.Vəliyevin “ Bəsirətin zəfəri”, M.Vəliyevin “Beynəlxalq iqtisadi münasibətlər, Ə.Əlirzayev., M.Vəliyev “Sosial iş:idarəetmə mexanizmləri və s. kitabları oxucular açıb oxuya bilərlər. Bundan başqa səhifəmizdə elektron resurslar,elmi jurnallar, elektron xidmətlər, məlumat bazaları, dünya kitabxanaları rubrikaları yer alır. Elektron resurslar rublikasında elmi tədris nəşrləri yerləşir. Burada sahələr üzrə istənilən kitabı axtarış verıb, açıb oxumaq olar.
Soraq-məlumat nəşrləri bölməsində antologiyaları, lüğətıəri axtarış verıb və açıb oxumaq olur. Xəritələr bölməsində xanlıqların, imperiyaların və s. adlarını yazıb, aztarış verib xəritələrə baxmaq olar. Video dərslər bölməsində tarix dərslərini canlı izləmək olar. Mühazirələr bölməsində kafedralar üzrə müəllimlərimizim mühazirələri yerləşdirilmişdir. Tələbələr istənilən ixtisas üzrə mövzuları seçib oxuya bilər. Avtoreferatlar bölməsində elmlər doktorlarının ixtisaslar üzrə avtoreferatları yerləşdirilmişdir. Elmi jurnallar rublikasında Azərbaycan nəşrləri, Rusiya nəşrləri, Türkiyə nəşrləri bölmələri var. Oxucular istənilən jurnalı açıb oxuya bilər. Elektron xidmətlər rublikasında elektron kataloq bölümü yerləşir ki, burada kitabxanamızda olan kitabların siyahisi var. Biblioqrafik arayış və məsləhətlər bölümündə oxucu onlayn olaraq kitabxanaçıyla əlaqə saxlayıb ona lazım olan məlumatı ala bilər. Onlayn sifariş və çatdırma bölümündə kitabxanaci oxucuya lazım olan materiali onun elektron poçtuna göndərə bilər. Məlumat bazaları bölümündə tam mətnli bazalar, elmmetrik bazalar bölmələri yerləşdirilib. Dünya kitabxanaları rublikasında ABŞ, Almaniya, Britaniya, Kolumbiya, Arqentina və s. ölkələrin kitabxanalarına daxil olub, istənilən kitabı oxumaq olar. Əsas səhifədə rəqəmsal kitablar rublikası da yer alır. Burada H.Əliyev fondunun, Z-library, Open library və bir çox başqa rəqəmsal kitabxanalardan oxucularımız istifadə edə bilər. Əsas səhifəmizdə yer alan Azərbaycan Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncama əsasən Azərbaycan dilində çap olunmuş əsərlər mühüm rol oynayır. Bu rublikaya Müasir azərbaycan ədəbiyyatı, Dünya uşaq ədəbiyyatı, Ədəbiyyat antologiyası, Klassik azərbaycan ədəbiyyatı, Azərbaycan xalq ədəbiyyatı, Lüğət və ensiklopediyalar, Azərbaycan dili və tarixi əlavə olunub. Haqqımızda rublikasında kitabxana haqqında məlumat və istifadə qaydaları yerləşdirilib.